Dear friend Ismail Kar
If this article (text) is interesting for you, you may place it in your site. You may edit, shorten or summarize it. Thank you in advance. 
07 Şubat 2009 Cumartesi 17:01-Azerbaycan/Bayram Hajizadeh

İsmail KAR "Dunya Karikaturası" Kitabını incelerken

 

Sevgili Karikatürcü arkadaşlarım,
Azerbaycan Karikatürcüler Birliği Başkanı ve Azerbaycan Ressamlar Birliği üyesi değerli karikatürcü arkadaşım Bayram Hacızade'nin Dünya Karikatürü ve karikatürcüleri üzerine hazırlamış olduğu "Dünya Karikaturası" isimli kitap çalışması yayınlandı ve içerisinde eserleri olan dünya sanatçılarına gönderildi.Kendisini Azerbaycan ve Dünya Karikatürü üzerine bu güzel çalışmayı yaptığı için kutluyoruz...İsmail KAR Karikatürcü ve Karcomics Magazine Yayıncısı 

Sevgili Karikatürcü arkadaşlarım,Əziz dostlar və həmkarlar.
Bildiyiniz kimi 2008-ci ildə Azərbaycanda ilk dəfə təşkil olunan “Molla Nəsrəddin-Azərbaycan 2008” Beynəlxalq Karikatura Müsabiqəsinə yekun vuruldu. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Feko-nun (Beynəlxalq Karikatura Təşklilatları Federasiyası) dəstəyi və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən bu müsabiqəyə göndərilən işlərin əsasında hazırlanmış kitab-kataloq işıq üzü gördü. “Mənim ən yaxşı əsərim” başlığı altında keşirilən müsabiqədə seçilmiş ən yaxşı əsərlərdən ibarət hazırlanmış bu kitab-kataloqa son illər beynəlxalq karikatura müsabiqələrində mükafat almış və ya müəllifin ən yaxşı hesab etdiyi əsərlər daxil edilmişdir. Bu günə qədər hazırlanmış kataloqlardan fərqli 

olaraq burada müxtəlif ölkə karikaturaçılarının əsərləri ilə yanaşı hər bir ölkənin karikatura tarixi haqqında, bu janrın dünəni və bu günü haqqında məlumat almaq olar. Oxucular karikaturanın yaranma tarixi, bu janrın inkişaf mərhələsi, onun cəmiyyətdə əhəmiyyəti haqqında fikirlərlə tanış olmaq imkanı əldə etmiş olacaqlar. Kitabda müxtəlif ölkələrdə dərc olunan satirik mətbuatdan, ümumiyyətlə satirik rəsmin təbliğində, geniş kütlələr arasında sevilməsində satirik mətbuatın əhəmiyyətindən bəhs olunur, müasir dünyamızda bu janrın inkişafının vacibliyi, karikaturaçıların üzləşdiyi müxtəlif problemlər işıqlandırılır.
Əsasən Azərbaycan oxucusu üçün nəzərdə tutulmuş bu kitab ölkəmizdə karikatura janrına marağın artırılması istiqamətində atılan addım kimi qəbul oluna bilər. Kitab ölkə öxucularında dünya karikatura tarixi haqqında qısa təsəvvür yaratmaqla yanaşı, eyni zamanda müasir dünya rəssamlarımızın, karikatura ustalarının son illərdə yaratdıqları əsərlərlə tanış olmaq imkanı yaradır. Qeyd etməliyəm ki, 40-a yaxın ölkə rəssamının, 450 əsəri daxil edilmiş 340 səhifəlik kitab Azərbaycan və ingilis dillərində hazırlanmışdır. “Molla Nəsrəddin”- Azərbaycan 2008” müsabiqəsində iştirak etmiş və əsəri kitaba daxil olunmuş 
400-ə yaxın karikaturaçıya “World Cartoon” kitabı yanvar ayında hədiyyə olaraq göndərilmişdir.
Layihənin rəhbəri və kitabın müəllifi kimi mən ilk olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə və FEKO-nun (Beynəlxalq Karikatura Təşkilatları Federasiyası) rəhbərliyinə bizə göstərdikləri köməyə və dəstəyə görə xüsusi minnətdarlığımı bildirirəm. Bütün həmkarlarıma və əziz dostlara layihədə iştirak etdikləri üçün təşəkkür edirəm.
FEKO-nun prezidenti xanım Marlen Pohle, baş katibi cənab Piter Nyuvendeyk, Avropa Karikatura Təşkilatının prezidenti cənab Rudi Qeysensə layihədə bizə lazımı kömək göstərdiklərinə görə minnətdaram. Kitabda öz ölkələrinin karikatura tarixi haqqında karikaturasevərlərə məlumat verən FEKO qruplarının prezidentlərinə və üzvlərinə xüsusi ilə də Ana Von Rebeur (Argentina), Cordan Pop-İliyev (Makedoniya), Drljevik Darko (Monteneqro), Effat İsmayıl Məhəmməd (Misir), Hüseyin Çakmak (Kipr), Jan-Mari Bertin (Fransa), Raed Xəlil (Suriya), Rəhim Baqqal Əsgəri (İran), Rolf Heyman (Avstraliya) və başqalarına təşəkkür edirəm. Məhz bu kimi insanların dəstəyi və əməli köməyi sayəsində biz bu kimi mürəkkəb layihələri gerçəkləşdirə bilirik.

İsmail KAR Karikatür Dersi Öğrencileri "Dünya Karikaturası"kitabını inceliyorlar  

Mən əminəm ki, karikaturaya olan məhəbbət bizim hamımızı birləşdirir və biz birlikdə daha böyük layihələrə imza ata bilərik. Bizim həmkarımız rusiyalı karikatura ustası Viktor Stepanov mənə məktublarının birində yazır: “Hörmətli dostum Bayram, əgər siz karikatura haqqında kitab hazırlamısınızsa biz sizinlə artıq qohumuq.” Məncə çox səmimi və yerində deyilmiş fikirdir.
Karikaturanın təbliği, karikaturaçıların bir-biri ilə daha yaxından təmasda olmağı, fikir mübadiləsi baxımından çox böyük əhəmiyyət kəsb edən “Cartunion” klubunda yanvar ayının sonu müəllifi olduğum “World Cartoon” kitabının müzakirəsi oldu. Yaradıcılıqlarına və şəxsiyyətlərinə çox böyük hörmət bəslədiyim Andrey Feldşteyn (ABŞ), Andrey Rıjov (Rusiya), Boris Erenburq (İsrail), İlya Katz (İsrail), Mixail Zlatkovski (Rusiya), Sergey Fedko (Ukrayna), Sergey Siçenko (İsrail), Sergey Tyunin (Rusiya), Stanislav Aşmarin (Rusiya), Vasiliy Aleksandrov (Rusiya), Viktor Boqorad (Rusiya) və bu kimi nəhəng karikatura ustalarının kitab haqqında dedikləri müsbət fikirlər, xoş sözlər mənim üçün çox əhəmiyyətlidir. “Cartunion” formunda bu böyük şəxsiyyətlərin mənim əməyimə verdikləri yüksək qiymətə minnətdarlıq olaraq yazdığım sözləri təkrar etmək istərdim: “Məhz bu kimi insanların, özlərini karikaturaya həsr etmiş sənətkarların, böyük

şəxsiyyətlərin bu münasibəti və bizim əməyimizə verdikləri yüksək qiymət bizi ruhlandırır. Bu sözlərə görə işləməyə və yaşamağa dəyər.” 
Bu yaxınlarda 70 illiyini qeyd etdiyimiz rusiyalı karikatura ustası Stanislav Aşmarin məktublarının birində mənə belə yazır: “R.Kiplinqin şerlərinin birində deyilir “Qərb-Qərbdir, Şərq-Şərqdir və bunlar heç zaman birləşməyəcəklər (bir yerdə addımlamayacaqlar).” B.Hacızadənin bu kitabı ilə tanış olduqdan sonra deyə bilərəm ki, bu söz anaxponizmə çevrilir.” Mən cənab Aşmarinin bu fikrini öz işimə verilən çox yüksək qiymət adlandırardım. Bu gün mürəkkəb dünyamızda biz karikaturaçılar öz sənətimizdən istifadə edərək öz yaradıcılığımızla xalqlar və mədəniyyətlər arasında körpü yarada biliriksə məncə bu bizim hamımızın qələbəsi hesab oluna bilər. Təşkil olunan beynəlxalq tədbirlərdə, müsabiqələrdə, formlarda, sərgilərdə müxtəlif baxışlı, düşüncəli insanlar, müxtəlif mədəniyyətlərin təmsilçiləri bir araya gələ bilirsə, ən azı bu və ya digər problemli mövzu ətrafında fikir mübadiləsi apararaq öz mövqeyini sərbəst ifadə edirsə, bu özü böyük bir hadisənin başlanğıcı kimi qəbul oluna bilər. Təsadüfi deyildir ki, “World Cartoon” kitabı haqqında Atila Özər (Türkiyə), Əhməd Aykanat (Türkiyə), Hüseyin Çakmak (Kipr), Musa Gümüş (Türkiyə), Raed Xəlil (Suriya), Rəhim Baqqal (İran ), Şahram Rezaei (İran), Yurdagün Gökər (Türkiyə) və digər məniz əziz dostlarım və qardaşlarım yüksək və dəyərli fikirlərini söyləmiş, karikaturanın tanınması, təbliğ olunması, mədəniyyətlər arasında bir körpü olması istiqamətində bu kitabın əhəmiyyətini vurğulamışlar.

dünya karikaturası kitabı ayrıntı

dünya karikaturası kitabı

Uzaq Çindən əziz dostum Lenq Mu, Argentinadan Ana Von Rebeur, ABŞ-dan Tavis Bettoli Lotten, Kosta-Rikadan Ferreol Murilyo Fuentes, Perudan Julio Angel Karrion Kueva yaradıcılığına və şəxsiyyətinə böyük hörmətlə yanaşdığım əziz həmkarlarım İsraildən Qennadiy Kostovetskiy, Sudandan Talal Nayer, Bolqarıstandan Tatyana Tsankova, Serbiyadan Zoran Matik, Ukraynadan Vladimir Kazanevski, Qazaxıstandan Aydarbek Qazizov və digər həmkarlarımızın bu kitabın hazırlanmasında çox böyük əməkləri olmuşdur. Mən bu böyük şəxsiyyətlərə öz minnətdarlığımı bildirirəm və təşəkkür edirəm. Tanınmış karikaturaçı, çox təvazökar və alicənab insan cənab Aleksandr Matis mənə məktubunda yazır: “Kitabınızı aldım, nəvəm məndən soruşur:- Kitab haradan gəlib? - Qardaş Azərbaycandan” deyə cavab verdim.”
Hörmətli həmkarıma nəvəsinə verdiyi cavabına görə təşəkkür edirəm və hər birinizi əmin edirəm ki, həqiqətən də belədir. Bu kitab qardaş Azərbaycandan hər bir karikaturaçı və karikaturasevər üçün kiçik bir hədiyyədir.
Əmin olun ki, burada, qardaş Azərbaycanda dinindən, dilindən, baxışından asılı olmayaraq hər birinizi sevən, demokratik cəmiyyətin göstəricisi olan karikaturanı dəstəkləyən, bu janrın inkişafında marağı olan saysız hesabsız insanlar var.
Yazıma hörmətli həmkarım, “Cartunion” klubunun yaradıcısı cənab Andrey Feldşteynin bir fikri ilə yekun vurmaq istəyərdim. “Karikatura janrının inkişafı istiqamətində atılan hər bir addımı dəstəkləməliyik, təəssüfki, əks istiqamətdə fəaliyyət göstərən qüvvələr çoxluq təşkil edirlər.” 
Oxşar fikri əziz dostum, karikaturanın tanınması və inkişafı istiqamətində durmadan çalışan Hüseyin Çakmak da son məktublarının birində mənə yazmışdır: “Dünya karikatura ustalarının bir-birilərinə dəyər vermədikləri, gördükləri işə hörmət etmədikləri, bərabərlik və həmrəylik kimi ünsürlərin nəzərə alınmadığı, şəxsi mənfəətlərin ön planda tutulduğu günümüzdə, bu səbəblərdən ruh düşgünlüyü və təəssüf hissi (üzüntü) yaşayırdım. “Dünya Karikaturası” adlı kitabınızın yayınlanması nəticəsində mən yenidən həyata bağlanmaq imkanı qazandım.”
Hörmətlə,
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri- Bayram Hacızadə

Bayram Hacızadeh "dünya karikaturası"kitabı yazarı Azeri Karikaturcu

 

Dear friends and colleagues,
In 2008, in Azerbaijan, the first International Cartoon Contest under the name “Molla Nasreddin –Azerbaijan 2008” was held by Azerbaijan Cartoonists’ Union, by the support of Azerbaijan Republic Culture and Tourism Ministry and FECO (Federation of Cartoonists Organisations). Just after the Contest a book-catalogue, including cartoon works of the Contest, was published. 
The Book-Catalogue also comprises best cartoons of “My Best Cartoon” Contest and cartoons that won prizes in recent international cartoon contests. Unlike other catalogues, this Book-Catalogue, besides the works of cartoonists from different countries, gives information about the history of cartoon, about past and present day of this genre in each country. Readers can get acquainted with origin and development stages of cartoon genre in different countries, its importance in the society. The book deals with satirical press published in many countries in different periods of history, with the importance of editorial press, with the significance of cartoon genre’s development in the world and with difficulties that cartoonists were and are confronted by.
The book can be accepted as a major step on the road to increasing interest in cartoon genre in our country. It gives information about the history of world cartoon and simultaneously affords an opportunity to get acquainted with the recent cartoon works of contemporary cartoonists and great masters of cartoon genre. 
The book (340 pages) is in Azerbaijani and English languages, and it includes 450 cartoon works of different cartoonists from nearly 40 countries. In January 2009, almost 400 cartoonists, who participated in “Molla Nasreddin – Azerbaijan 2008” International Cartoon Contest and whose works are included 

in the book, have been sent the “World Cartoon” book as present. 
As a leader of this project and as an author of the book I want to express my deep gratitude to Azerbaijan Republic Culture and Tourism Ministry and to FECO Board (Federation of Cartoonists Organisations) for their great help and support in our work. I am heartily thankful to all my dear colleagues and friends for their participation in this project.
I am also deeply thankful to FECO President General Ms Marlene Pohle, to FECO Secretary General Mr. Peter Nieuwendijk, to the President of the Euro-Kartoenale 
Mr. Rudy Gheysens for their big help in this project. Great thanks to FECO group presidents and members, especially to Ana Von Rebeur (Argentina), Jordan Pop-Iliyev (Macedonia), Drljevic Darko (Montenegro), Effat Ismail Mohammed (Egypt), Huseyin Cakmak (Cyprus), Jean-Marie Bertin (France), Raed Khalil (Syria), Rahim Baggal Asghari (Iran), Rolf Heymann (Australia) and others for their interesting articles about the history of cartooning in their countries. Only by the help of such people we can realize so grandiose projects.
Love of cartooning unites all cartoonists, and together we can organize bigger projects. Our colleague, Russian cartoonist Vladimir Stepanov writes to me in one of his letters: “Dear friend Bayram, if you have prepared a book about cartooning, we are already relatives with you, because we all are cartoonists. Cartoon is our life”. I think it is very sincere and interesting idea.
In January, there was a presentation of the book “World Cartoon” in “Cartunion” Club. My dear colleagues whose work and personality I respect very much, such as Andrey Feldshteyn (USA), Andrey Rijov (Russia), Boris Erenburg (Israel), Ilya Katz (Israel), Mikhail Zlatkovskiy (Russia), Sergey Fedko (Ukraine), Sergey Sichenko (Israel), Sergey Tunin (Russia), Stanislav Ashmarin (Russia), Vasiliy Aleksandrov (Russia), Victor
Bogorad (Russia) and other great cartoon masters talked very positively about this book, and their opinions were very important for me. 
I’d like to thank these great people who highly estimated my work in “Cartunion” Forum. Kind and friendly attitude of these people, who devoted themselves to cartoon genre and who evaluate our work, encourages us. It is worth working and living for such good words. 
Great Russian cartoonist Stanislav Ashmarin whose 70 year anniversary was recently celebrated, writes in one of his letters: “In one of the poems of R.Kipling it is said: “West is West, East is East, and they will never go together”. But after I saw B.Hajizadeh’s book, I can say that this idea is anachronism”. I want to thank Mr. Ashmarin for this high estimation of my work. Today, in our difficult time, if we - cartoonists can create a bridge of friendship between peoples and cultures with our art and work, it is a triumph of all of us. If people with different outlook, with different views and cultures can work together in international contests, exhibitions or forums and they can freely discuss different problems, it is the beginning of the great event. 
Atila Ozer (Turkey), Ahmet Aykanat (Turkey), Huseyin Cakmak (Cyprus), Musa Gumush (Turkey), Raed Khalil (Syria), Rahim Baggal (Iran), Shahram Rezaei (Iran), Yurdagun Goker (Turkey) and other dear friends and colleagues expressed their valuable opinions about the book “World Cartoon” and pointed out the significance of the book in strengthening of the friendship between countries. 
My dear friends and colleagues Leng Mu from China, Ana Von Rebeur from Argentina, Tavis Bettoli Lotten from the USA, Ferreol Murilyo Fuentes from Costa Rica, Julio Angel Karrion Kueva from Peru, Gennadiy Kostovetskiy from Israel, Talal Nayer from Sudan, Tatyana Tsankova from Bulgaria, Zoran Matic from Serbia, Vladimir Kazanevskiy from the Ukraine, Aydarbek Gazizov from Kazakhstan and others put a lot of work into preparation of this book. I want to express my heartfelt gratitude to these people. 
A well-known cartoonist and a generous person Mr. Alexander Matis writes to me in his letter: “I received your book. My granddaughter asked me where the book was from. I answered that it was from brotherly Azerbaijan”. I want to thank my dear colleague for this answer, and I want to assure all of you that it is true. This book is a little gift from brotherly Azerbaijan for all cartoonists and for all cartoon-lovers. 
Here, in brotherly Azerbaijan, there are a lot of people who love you and want to communicate with you in spite of different languages, different religions and who love and support cartoon art which is an indicator of the democratic society.
I’d like to conclude my writing by the words of Mr. Andrey Feldshteyn, my dear colleague and the founder of “Cartunion” Club: “We must support every step taken on the road of the development of cartoon genre. Unfortunately, forces on the opposite side are stronger”.
The same idea is written by my dear friend Huseyin Cakmak who does his best in the development of cartoon art: “In our contemporary life, when cartoonists of the world don’t appreciate and don’t respect one another, don’t care about equality and solidarity and when personal interest became more important, I felt a pity and depression in my life. But your book “World Cartoon” encouraged me to live full life again”. 
With best wishes,
Sincerely,
Bayram Hajizadeh-The President of Cartoonists Union of Azerbaijan

ana sayfa   

  home

ismailkar e-mail

KARCOMICS MAGAZINE Web Site Copyrighted 2000-2009© By Ismail Kar All right reserved.